Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib

Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiqlənib
21:02 31 May 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında" fərman imzalayıb. 
"Report"un məlumatına görə, sənədlə “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilib.
“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsviri” təsdiq edilib.
Əsasnamədə qeyd olunub ki, Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini bildirən nişandır.
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat Xidmətinin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir.
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsvirindən Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında, kino, video və fotomateriallarında və Xarici Kəşfiyyat Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/xarici-kesfiyyat-xidmetinin-emblemi-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR