Narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb
21:12 31 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Həyətində çətənə kolları yetişdirən Saatlı sakini saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Saatlı polis şöbəsinin əməkdaşları rayon sakini, 1972-ci il təvəllüdlü Rzayev Faiq Ağabala oğlunun yaşadığı Cananşir küçəsi ev 3 ünvanında yerləşən həyətyanı sahədə narkotik tərkibli çətənə kolları yetişdirdiyi məlum olub.

Həmin həyətdə yerləşən yarımtikilidə 61 ədəd, hündürlüyü 1,8-2,0 metr olan kultivasiya yolu ilə yetişdirilən və qulluq edilən narkotik vasitə olan çətənə kolları aşkar olunaraq götürülüb.
 
Həmçinin onun yaşadığı evə baxış keçirilərkən oradan kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana aşkar olunub.
 
Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/550013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR