Azərbaycan Kabildəki terror aktını pislədi

Azərbaycan Kabildəki terror aktını pislədi
21:13 31 May 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

"Biz Kabildə baş verən terror aktını qınayırıq".

Publika.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı ilə bağlı "Twitter" səhifəsində yayılan bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Bizim qəlbimiz qurbanların ailələrilədir. Yaralılara tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə diplomatik nümayəndəliklərin yaxınlığında minalanmış avtomobil partladılıb. Son məlumatlara görə, terror aktı nəticəsində 90 nəfər ölüb, 380 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR