DÇ-2018: Voleybolçularımız Ukrayna yığmasına şans vermədi

DÇ-2018: Voleybolçularımız Ukrayna yığmasına şans vermədi
21:29 31 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında II turu keçirilir. Apasport.az saytınınməlumatına görə, mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız da ikinci matçına çıxıb.

 

İlk görüşdə Norveç millisini darmadağın edən Faiq Qarayevin yetirmələri növbəti qarşılaşmada Ukraynanı sınağa çəkib. Bakı İdman Oyunları Sarayında baş tutan matçda voleybolçularımız Hollandiya ilə yanaşı, əsas rəqibi hesab olunan ukraynalılara "dərs keçib". Faiq Qarayevin yetirmələri rəqiblərinə set vermədən qalib gəliblər.

 

Günün ilk görüşündə isə qrupumuzun digər favoriti Hollandiya Norveçlə üz-üzə gəlib. "Narincilar" da matçı 3:0 hesabı ilə xeyirlərinə bitiriblər.  Üçüncü oyunda isə Danimarka İsraili sınağa çəkəcək.

 

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

II tur

 

Hollandiya – Norveç - 3:0 (25:11, 25:14, 25:13)

Ukrayna – Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR