Tələbələrə təqaüdlərin ödənilməsi qaydası DƏYİŞDİ

Tələbələrə təqaüdlərin ödənilməsi qaydası DƏYİŞDİ
21:43 31 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbə və şagirdlərinə təqaüd dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına yalnız nağdsız qaydada ödəniləcək.

Büdcədənkənar vəsaitlər hesabına məqsədli təqaüdlər də təhsil müəssisələrinin Elmi və ya Pedaqoji Şurası tərəfindən müəyyən olunaraq yalnız nağdsız qaydada ödəniləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/200864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR