Lalə dərmək istəyənlər taxılları məhv edir - VİDEO

Lalə dərmək istəyənlər taxılları məhv edir - VİDEO
21:52 31 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaz gələndə adətən düzənlikləri bəziyən lalələr insanlara gəl-gəl deyir. Bu aylarda yol kənarlarında görməya alışdığımız lalələrin öz gözəlliyi ilə insanları özünə cəlb etməsi bəzən bir sıra problemlərə yol açır.

Lalələri dərmək istəyənlər sahibkarlara ziyan vurur. Gözəlliyi daha yaxından görmək, şəkil çəkdirmək, gülu dərmək istəyənlər sahəyə girib taxılı əzir. Söhbət Bakı-Şamaxı-yolunun Şamaxıdan keçən hissəsindən gedir.

Sahənin içərsindəki qırılmış sünbülləri açıq-aşkar görmək mümkündür. Bəziləri hətta avtomobillərini sahənin içərəsinə salıb şəkil çəkdirir.

Milli.Az bildirir ki, bu problemdən 10-a yaxın sahibkar əziyyət çəkir. Artıq 2 hektardan çox sahə tapdaq atında qalaraq istfadəyə yarasız hala düşüb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Lalə dərmək istəyənlər taxılları məhv edir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR