Ucar sakini yeni maşın düzəldib - saatda 60 km sürətlə hərəkət edir - VİDEO

Ucar sakini yeni maşın düzəldib - saatda 60 km sürətlə hərəkət edir - VİDEO
22:37 31 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici görünüsü fərqli olsa da, əslində minik vasitəsi kimi istifadə olunur.

Az yanacaq işlədən bu texnika saatda 60 km sürətlə hərəkət edir.

Milli.Az bildirir ki, Ucar rayonunun Qarabörk kənd sakini Samir Əhmədov illərdir ideyasını qurdugu bu texnikanı özü düzəldib. Bununla təsərrüfatındakı işləri rahat görə bilir.

Ustanın bu vasitənin hazırlanmasında əsasən "Jiquli" markalı maşının ehtiyyat hissələrindən istifadə olunub.

Bir aya hazırlanan texnika digərlərindən fərqlənir. Bu fərqlilik görənlərin büyük marağına səbəb olur.

Əsl peşəsi qaynaqçı olan Samir Əhmədovun maşını yanacaq sərfiyyatına da çox sərfəlidir. Hər 100 kilometrlık yola 3 litr bezin işlədir.

Usta deyir ki, texnika hələ tam hazır deyil. Gecə saatlarında istifadə üçün ön və arxa faralar, əl tormuzu və elektirik generatoru quraşdırılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ucar sakini yeni maşın düzəldib - saatda 60 km sürətlə hərəkət edir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR