İçkili vəziyyətdə olan gənc velosipedçini maşın vurub - FOTO

İçkili vəziyyətdə olan gənc velosipedçini maşın vurub - FOTO
22:37 31 May 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, "42-BP-277" dövlətqeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub.

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Z.Xəlilovun vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Velosipedçinin içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/550025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR