İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb
22:42 31 May 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Mosul şəhərində 60 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, kütləvi məzarlıq Mosulun Əş-Şifa bölgəsində aşkarlanıb. İraq rəsmiləri tapılan şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib. Məzarlıqda əsasən əvvəlcə güllələnən yaşlı insanlar və qadınlar tapılıb.

Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR