ABŞ və Britaniya səfirlikləri "Xəzər neft-qaz sərgi-konfransı" ilə əlaqədar qəbul keçirib

ABŞ və Britaniya səfirlikləri "Xəzər neft-qaz sərgi-konfransı" ilə əlaqədar qəbul keçirib
22:52 31 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 may. REPORT.AZ/ Bu gün Xəzər neft-qaz sərgi-konfransı ilə əlaqədar ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirləri qəbul keçiriblər.
"Report" xəbər verir ki, qəbulda yerli və beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif diplomatik nümayəndəliklərin təmsilçiləri, siyasətçilər və media nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts deyib ki, Azərbaycan ölkəsi üçün xüsusi əhəmiyyətə malikdir və müxtəlif sahələrdə rəsmi Bakı ilə münasibətləri inkişaf etdirmək niyyətindədirlər.
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta isə çıxışında ölkəsinin Cənub Qaz Dəhlizi layihəsini dəstəklədiyini bir daha dilə gətirib. R.Sekuta deyib ki, ABŞ bu layihənin uğurla reallaşması üçün lazımi addımları atmaqda davam edəcək.
Tədbirdə sərgi-konfransa qatılmaq üçün Azərbaycana xüsusi təşrif buyurmuş ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan da çıxış edib.
R.Danniqan isə çıxışında əsas diqqəti ABŞ prezidenti Donald Trampın göndərdiyi məktuba çəkib. Onun sözlərinə görə, ABŞ prezidenti də Cənub Qaz Dəhlizi layihəsinə xüsusi əhəmiyyət verir. O, həmçinin adıçəkilən layihənin Avropanın enerji təhlükəsizliyində böyük rol oynadığını qeyd edib.
Daha sonra tədbir şam yeməyi süfrəsi arxasında davam etdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/abs-ve-britaniya-sefirlikleri-xezer-neft-qaz-sergi-konfransi-ile-elaqedar-qebul-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR