Xərçəng riskini artıran daha bir məhsul aşkarlandı

Xərçəng riskini artıran daha bir məhsul aşkarlandı
22:57 31 May 2017
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Xərçəng Araşdırma Qurumunun yayımladığı məlumatda alkoqollu içkilərin kişilərdə və qadınlarda xərçəng yarada biləcəyi açıqlanıb.

Milli.Az xəbər verir ki, yüksək miqdarda alkoqol istehlak edən 12 milyona yaxın qadın üzərində aparılan tədqiqatların nəticəsində bu qənaətə gəlinib ki, gündə yarım qədəh şərab və ya pivə qadınlarda döş xərçəngi riskini 40%-ə qədər artırır.
Gündəlik həyatda sistemli şəkildə idmanla məşğul olmaq xərçəng riskini nisbətən azaldır. Lakin alkoqol insanları keyidir və bu vərdişlərdən uzaqlaşdırır. Qadınlarda xərçəng növlərindən ən çox rast gəlinəni döş xərçəngidir. Statistikaya görə, hər səkkiz qadından biri döş xərçənginin daşıyıcısıdır.
Ekspertlər bildirir ki, qadınlar döş xərçəngi riskini pəhriz, kilo nəzarəti və sistemli idman etməklə azalda bilər.
Qadınların depressiya və menopauza dövrünə keçməsindən sonra alkoqollu içkilər qəbul etməsi isə daha risklidir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/549806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR