Məşhur avtokonsern 42 mindən çox avtomobili geri çağırdı - QÜSUR VAR

Məşhur avtokonsern 42 mindən çox avtomobili geri çağırdı - QÜSUR VAR
23:08 31 May 2017
27 Digər
Ölkə mətbuatı
A- A+

"Nissan" şirkəti Rusiyada 42 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobilin kuzovunun arxa şüşəsində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin noyabrından 2015-ci ilin iyununadək Rusiyada satılmış "Almera" modellərinə şamil olunur.

Həmin avtomobillərdə arxa şüşənin kuzovdan aralanması kimi qüsurlar meydana çıxıb.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz əsasda həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliavto/200868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR