Bakıda bu yol həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir - VİDEO

Bakıda bu yol həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir - VİDEO
23:12 31 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Zolaq olmayan yoldan keçən piyadalar həm özlərini, həm də sürücüləri təhlükə altına atırlar.

Milli.Az bildirir ki, söhbət paytaxtın Nərimanov rayonu Həsən Əliyev küçəsindən gedir. Hər gün sürətlə şütüyən avtomobillərin arasından yolu keçməyə cəhd edənlərin sözlərinə görə, bir müddət əvvəl yol polisinin göstərişi ilə ərazidəki piyada zolağı silinib. Halbuki, silinmiş zolağın yaxınlığında avtobus dayanacağı da var.

Sakinlər deyir ki, zolağı Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsindəki tuneldən çıxan avtomobillərin rahat və maneəsiz hərəkətini təmin etmək üçün siliblər. Yəni tuneldən yüksək sürətlə çıxan avtomobillər piyadanı görməyib ağır qəzaya səbəb olmasın deyə.

İndi piyadaların tək istəyi ərazidə keçidin bərpa edilməsidir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əraziya yol polisi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları baxış keçirməlidirlər. Lazım gəlsə dayanacağın yerini dəyişməklə ona yaxın bir yerdə piyada zolağı çəkmək olar.

Bakı Nəqliyyat Agentliyinin sektor müdri Mais Ağayev isə deyir ki, "dayanacaq olan yerdə piyada zolağı da olmalıdır" deyə qayda yoxdur. Dayanacaq yolun əks tərəfinə yox, həmin istiqamətdə yaşayan sakinlər üçün də qoyula bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda bu yol həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR