Bakıda güclü küləklə əlaqədar sürücülərə XƏBƏRDARLIQ

Bakıda güclü küləklə əlaqədar sürücülərə XƏBƏRDARLIQ
23:15 31 May 2017
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Nəqliyyat Agentliyi sürücülərdən hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollardakı müəyyən edilmiş sürət həddinə əməl etmələrini xahiş edir.

Agentlikdən Trend-ə verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə nəzarət gücləndirilib.

Güclü külək səbəbindən hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə mane ola biləcək hal baş verəcəyi təqdirdə dərhal zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların məlumatlandırılması təmin ediləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR