Türkiyədə hərbi helikopter qəzaya uğrayıb:

Türkiyənin Şırnak vilayətinin Şenoba bölgəsində baş verən helikopter qəzasında 13 nəfərin öldüyü dəqiqləşib.

***

23:26

Türkiyənin Şırnak vilayətinin Şenoba bölgəsində "Coogeer" hərbi helikopteri qəzaya uğrayıb.

Metbuat.az bildirir ki, Şırnak icra hakimiyyətinin yazılı açıqlamasında helikopterin qalxışdan cəmi 3 dəqiqə sonra, elektrik xəttinə təmas edərək qəzaya uğradığı qeyd olunub.

Ölən və yaralananlar barədə hələlik rəsmi məlumat yoxdur. Hadisənin təfərrüatları araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR