"Roma" bir əfsanəsinə vida etdi, digəri ilə müqavilə yenilədi

"Roma" bir əfsanəsinə vida etdi, digəri ilə müqavilə yenilədi
23:57 31 May 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

"Roma" Tottidən sonra klubun rəmzinə çevrilən Daniele De Rossi ilə müqaviləni yeniləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı havbeklə 2019-cu ilin yayına kimi müqavilə imzalanıb. Karyerası ərzində yalnız "canavarlar"ın formasını geyinən De Rossinin əvvəlki müqaviləsi iyunun sonunda qüvvədən düşürdü. İtaliya KİV-lərinin məlumatına görə, onunla "İnter" maraqlanırdı. "Nerazzurri"nin hətta təcrübəli futbolçuya 2 illik müqavilə təklif etdiyi də deyilirdi. Ötən mövsüm 31 çempionat matçında meydana çıxan De Rossi 4 qol və 2 məhsuldar ötürmənin müəllifi olmuşdu.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR