Fransada bomba təlaşı:

Fransada "Böyük dəbilqə" seriyalı "Rolan Qarros" tennis turnirinin keçirildiyi "Filipp Şatriye" kortunun yaxınlığında şübhəli çanta aşkarlanıb.

Metbuat.az "Reuters"ə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə yol qısa müddətlik insanların hərəkətinə bağlanıb. Lakin çox keçmədən hərəkət bərpa edilib.

Qeyd edək ki, Fransada 2015-ci ilin noyabrından bəri "fövqəladə vəziyyət" rejimi tətbiq olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR