Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçi ölüb

Türkiyədə vertolyot qəzası nəticəsində 13 hərbçi ölüb
00:22 1 İyun 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Türkiyənin Şirnak bölgəsində vertolyotun qəzaya uğraması nəticəsində 13 hərbçi həyatını itirib.
"Report" xəbər verir ki, faktı Silahlı Qüvvələrin Baş Qərargahı təsdiqləyib.
Bundan əvvəl KİV 13 nəfərin, o cümlədən bir general, iki polkovnik və dörd zabitin qəza nəticəsində həlak oduğunu yazmışdı.
"Mayın 31-i saat 20.55-də uçuş zamanı elektrikötürücü xətlə toqquşan "Sougar AS 532" tipli vertolyot qəzaya uğrayıb. Helikopterdə 13 nəfər olub. Əldə edilən məlumatlara görə, onlar ölüblər", - deyə Türkiyə hərbi idarəsinin məlumatında bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-vertolyot-qezasi-neticesinde-13-herbci-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR