İran İslam Şurası Məclisinin yeni sədri müəyyənləşdi

İran İslam Şurası Məclisinin sədri və rəyasət heyətinin tərkibi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, mümkün 268 səsdən 204-nü toplayan Əli Laricani məclisin yeni sədri seçilib. Məsud Pezeşkan və Əli Mütəhhəri isə sədrin müavinləri olacaqlar.

Qeyd edək ki, Laricani 2008-ci ildən etibarən İran parlamentinə rəhbərlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR