Rusiyaya məxsus hərbi təyyarənin niyə qəzaya uğradığı məlum oldu

Rusiyaya məxsus "Tu-154" tipli təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların nəticələri məlum olub.

Metbuat.az "Ria Novosti"yə istinadən xəbər verir ki, ekipaj üzvlərinin yanlış hərəkətlərinin qəzaya səbəb olduğu müəyyənləşib.

Müdafiə nazirliyinin məlumatında qeyd olunub: "Araşdırmanın nəticələrinə əsasən deyə bilərik ki, komandirin məkan yönünü itirməsi hadisəyə səbəb olub. Bu da öz növbəsində təyyarənin idarəetmə orqanları ilə səhv davranmasına gətirib çıxarıb".

Xatırladaq ki, qəza nəticəsində 92 nəfər dünyasını dəyişmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR