Dövlət Departamenti rəsmisi Səudiyyə Ərəbistanı ilə bağlı sual qarşısında "donub qalıb"

Dövlət Departamenti rəsmisi Səudiyyə Ərəbistanı ilə bağlı sual qarşısında "donub qalıb"
01:47 1 İyun 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ ABŞ dövlət katibi köməkçisinin vəzifəsini icra edən Stüart Cons Dövlət Departamenti tarixində "ən müşkül" mətbuat konfransını keçirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Yüksək vəzifəli məmur "Franc-Press"in əməkdaşı Deyv Klarkın Səudiyyə Ərəbistanında insan haqları ilə bağlı sualına 20 saniyə necə cavab verəcəyini fikirləşib.
Jurnalist bildirib ki, dövlət katibi bu yaxınlarda Ər-Riyada səfəri zamanı İranda keçirilən parlament seçkilərini tənqid edib, bununla belə o, Krallığın özündə bir dəfə də olsun ümümxalq səsverməsinin keçirilmədiyini xatırlatmayıb.
"Səudiyyəlilərin demokratiyaya münasibətini necə qiymətləndirirsiniz? Vaşinqtonda demokratiyanı ekstremizmə qarşı maneə hesab edirlərmi?", — deyə Klark soruşub.
Sonda Cons sualın birinci hissəsinin üzərindən keçərək bildirib ki, ABŞ və Səudiyyə Ərəbistanı radikallarla birgə mübarizə aparmaq barədə razılığa gəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dovlet-departamenti-resmisi-seudiyye-erebistani-ile-bagli-sual-qarsisinda-donub-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR