ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
02:24 1 İyun 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, qanun layihəsi ABŞ Senatının respublikaçı senatoru Maykl Krapo və  demokrat Şerrod Braun tərəfindən hazırlanıb.

 

Məlumata əsasən, sanksiyalar Suriya hökumətinə silah tədarükü, ABŞ-a qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.  Bundan əlavə, Rusiyanın metallurgiya və dəmir yolu müəssisələrinə qarşı da yeni sanksiyaların tətbiq ediləcəyi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR