Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlandı

Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlandı
04:13 1 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.

Publika.az xəbər verir ki, qanun layihəsi ABŞ Senatının respublikaçı senatoru Maykl Krapo və demokrat Şerrod Braun tərəfindən hazırlanıb.

Məlumata əsasən, sanksiyalar Suriya hökumətinə silah tədarükü, ABŞ-a qarşı kiberhücumlara, insan haqlarının pozulması və korrupsiyaya görə məsuliyyət daşıyan fiziki şəxslərə qarşı tətbiq ediləcək.

Bundan əlavə, Rusiyanın metallurgiya və dəmir yolu müəssisələrinə qarşı yeni sanksiyaların tətbiq ediləcəyi nəzərdə tutulur. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200884.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR