“Siri” itmiş iPhone-u tapacaq

“Siri” itmiş iPhone-u tapacaq
07:22 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Əksər istifadəçilər smartfonlarda fərdi məlumatların mühafizəsi üçün parol, qrafik açar, barmaq izi skaneri və digər avtorizə üsullarından istifadə edir. Lakin mükəmməl mühafizə vasitəsi mövcud deyil və bütün bloklama tiplərindən yan keçmək mümkündür. Buna əməliyyat sistemindəki səhvlər də səbəb ola bilər. Məsələn, ötən il "Siri" səslə idarəetmə funksiyasının işində dəfələrlə səhvlərin baş verməsi nəticəsində kənar şəxslər bloklanmış qurğuda fotoşəkil, kontakt və digər fərdi məlumatları ələ keçirə biliblər. Bu dəfə isə "Reddit" saytının istifadəçiləri tərəfindən "Siri" funksiyasının işində yeni boşluq aşkar edilib.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Siri"dən "iOS 9" - "iOS 10.3.3" əməliyyat sisteminin idarəetməsi ilə işləyən blok edilmiş "iPhone" smartfonunda mobil rabitənin söndürülməsi istənilən zaman funksiya bunu parolu daxil etmədən etməyin qeyri-mümkün olması cavabını verəcək. Funksiyadan mobil rabitənin statusunu soruşduqda isə ekranda onu söndürməyə imkan verən dəyişdirici açar görünəcək.

Qeyd olunan səhv əhəmiyyətsiz görünsə də, "iPhone" smartfonu itirilən və ya oğurlanan zaman onu tapanın və ya oğrunun "Siri" vasitəsilə mobil rabitə məlumatlarının ötürülməsini söndürməsi nəticəsində smartfonu izləmək və ya bloklamaq qeyri-mümkün olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/549480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR