3 milyondan artıq “Mi Max” smartfonu satılıb

3 milyondan artıq “Mi Max” smartfonu satılıb
07:52 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Xiaomi" şirkəti təsdiqləyib ki, "Mi Max" smartfonlarının istehsala başladığı gündən 3 milyon ədəddən çox smartfonunun satışına nail ola bilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihaz hələ ötən ilin may ayında istehsal olunub. İki ay ərzində 1,5 milyon ədəd cihaz satılıb. Onun davamçısı olan "Mi Max 2" smartfonu isə rəsmi olaraq dünən təqdim edilib.

Təsdiq isə kimdənsə deyil, "Mi Max 2" smartfonunun təqdimatı zamanı Çin şirkətinin baş direktoru Ley Tzyundan baş gəlib.

Xatırladaq ki, bu smartfon "Snapdragon 625" prosessoru və 6,44 düym həcmli FullHD displeyə malikdir. Əməliyyat yaddaşının həcmi 4 GB, əlavə edilmiş yaddaşın həcmi isə 64 GB və 128 GB təşkil edir. Telefon həmçinin 12 və 5 meqapiksel kameralarla təchiz edilib. Akkumulyatorunun həcmi 5 300 mA/saat təşkil edir və o, "Android Nougat" əməliyyat sistemi ilə çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/549483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR