Rusiyada maşının aşması nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada maşının aşması nəticəsində Azərbaycan vətəndaşı xəsarət alıb
07:57 1 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Ötən gecə Rusiyanın Saratov vilayətində baş verən yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.
"Report" xəbər verir ki, azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.
Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib və avtomobil aşıb. Hadisə zamanı, həmçinin iki Qırğızıstan vətəndaşı yaralanıb. Onlardan biri xəstəxanaya yerləşdirilib, digərinin xəsarəti yüngül olduğundan o da ambulator müalicəyə buraxılıb.
Avtomobili onlardan hansının idarə etdiyi məlum deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-masinin-asmasi-neticesinde-azerbaycan-vetendasi-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR