Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: 13 ölü

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: 13 ölü
08:05 1 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin cənub-şərqindəki Şırnak əyalətində Сoagar helikopterinin qəzaya uğraması nəticəsində 13 hərbçi həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Anadolu xəbər verib.

Türkiyə baş qərargahından bildiriblər ki, helikopter havaya qalxdıqdan bir müddət sonra yüksək gərginlikli naqillər toxunaraq yerə çırpılıb.

Daha əvvəl verilən məlumata görə, helikopter havaya qalxdıqdan üç dəqiqədən sonra qəzaya uğrayıb.

Türkiyənin müdafiə naziri Fikri Işıq hadisə yerinə gedib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR