Həyətində 61 çətənə kolu aşkarlandı - FOTO

Həyətində 61 çətənə kolu aşkarlandı - FOTO
08:12 1 İyun 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlıda narkotik xassəli çətənə kolları aşkar edilib.

Milli.Az "Report"a istinadən bildirir ki,daxil olmuş məlumat əsasında Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.
Nəticədə 45 yaşlı Rzayev Faiq Ağabala oğlu yaşadığı Cavanşir küçəsi, ev 3 ünvanında yerləşən həyətdə narkotik tərkibli çətənə kolları yetişdirdiyi üçün saxlanılıb. Baxış zamanı yarımtikilidə hər birinin uzunluğu 1,5-2 metr hündürlüyündə olan 61 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan sonra evə baxış zamanı kibrit qutusunda qablaşdırılmış 7,36 qram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Saatlı rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/550058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR