Cahili-müqəssir nə deməkdir?

Cahili-müqəssir nə deməkdir?
08:17 1 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəriət əməllərini bilməyərəkdən səhv yerinə yetirən və ya şəriəti pozan adam cahil adlanır. Cahilin dini istilahda iki növü var: cahili-müqəssir və cahili-qasir. Cahili-müqəssir odur ki, şəriət hökmlərini öyrənməyə tam şəraiti olduğu halda bunu etməyib. Məsələn, namazın düzgün qılınma qaydasını bilənlərdən və ya kitablardan öyrənə bilərdi, amma bunu etməyib.

Milli.Az islam.az-a istinadən bildirir ki, ona səhv etdiyini deyəndə də bunu düzəltməyib və səhvinə davam edib. Cahili-qasir isə odur ki, ya səhv etdiyini ümumiyyətlə bilməyib, ya da öyrənməyə şəraiti olmayıb. Məsələn, bir adam namaz qılmağın hər kəsə vacib olduğunu eşitməyib və ya bu məsələnin ciddiliyini anlamayıb. Cahili-müqəssir cahili-qasirə nisbətən daha çox məsuliyyətli və günahkardır. Bəzi hallarda cahili-qasirin səhvi bağışlanır, amma cahili-müqəssirin öz səhvini düzəltməsi (qəza etməsi) tələb olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR