Klinton məğlubiyyətinə "DON GEYİNDİRDİ"

Klinton məğlubiyyətinə "DON GEYİNDİRDİ"
08:23 1 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton 2016-cı il prezident seçkilərində məğlub olmasının səbəblərini açıqlayıb.

Publika.az xəbər verir ki, H.Klinton uğursuzluğunu Moskvanın müdaxiləsi, kiberhücumlar, sabiq Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi və bir sıra KİV-lərin fəaliyyəti ilə əlaqələndirib.

Sabiq dövlət katibi deyib ki, KİV-lər seçicilərin diqqətini ABŞ-da indiyədək qadın prezidentin olmamasına yönəldib. H.Klinton həmçinin qeyd edib ki, prezidentliyə namizədliyi təsdiqləndikdən dərhal sonra Demokrat partiyasının Milli komitəsinin iflasın astanasında olduğunu, maliyyə məsələlərində Respublikaçılar partiyasından geridə qaldığını müşahidə edib.

Donald Tramp buna cavab olaraq bildirib ki, H.Klinton hələ də məğlubiyyətini həzm edə bilmir.

“İndi Hillari özündən başqa hamını günahkar hesab edir, uğursuz namizəd olduğunu etiraf etmək istəmir. “Feysbuk” və hətta Demokrat partiyasının Milli komitəsinə də yetib”, D.Tramp özünün “Tvitter” hesabında yazıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR