Bir dəstəmazla bir neçə namazı qılmaq olarmı?

Bir dəstəmazla bir neçə namazı qılmaq olarmı?
08:27 1 İyun 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəstəmaz alandan sonra onu pozan hallardan hər hansı biri baş verməyənə kimi dəstəmaz qüvvədə qalır və bu müddət ərzində istənilən namazı qılmaq olar. Amma bir şərtlə ki, dəstəmaz alan zaman hər hansı konkret namazı qılmaq və ya konkret əməli etmək niyyət olunmasın. Bu halda həmin dəstəmazla yalnız niyyətdəki namazı qılmaq olar, başqa namaz üçün yenidən dəstəmaz almaq lazımdır - istər dəstəmaz pozulsun, istərsə də yox. Məsələn, adam niyyət edir ki, zöhr namazını qılmaq üçün dəstəmaz alıram. Bu zaman yalnız zöhr namazını qıla bilər, əsri qılmaq üçün dəstəmazı təzələməlidir. Amma əgər dəstəmaz alarkən pak olmağı niyyət etsə, pozulana kimi o dəstəmazla namaz qıla bilər. Unutmayaq ki, namazlar arasında uzun fasilə yarananda dəstəmaz pozulmasa belə, onu təzələmək müstəhəb bilinir və bu, Quran ayəsindəki "nur üzərindən daha bir nur" ifadəsinə bənzədilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR