“Google”un sirli dirijablı hansı məqsədlə istifadə olunacaq?

“Google”un sirli dirijablı hansı məqsədlə istifadə olunacaq?
08:32 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

"Google" həmtəsisçisi Sergey Brinin təşəbbüsü ilə hazırlanan sirli dirijabl ərzaq, tibbi ləvazimatlar da daxil olmaqla, humanitar yüklərin çətin relyefə malik yerlərə çatdırılması üçün istifadə ediləcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dirijablın uzunluğu 200 metrə yaxın olacaq. Bu, hazırda dünyadakı ən böyük dirijabldır. Mənbə bildirib ki, dirijablın layihələndirilməsi və yaradılması şəxsən S. Brin tərəfindən maliyyələşdirilir. Layihənin dəyəri 100-150 milyon dollar həcmində qiymətləndirilir. Mənbə qeyd edib ki, dirijablın S. Brin, onun ailəsi və dostları üçün komfortlu hava yaxtası kimi də istifadəsi də nəzərdə tutulub.
 
Layihənin hazırlanmasında iştirak edən İqor Pasternak bildirib ki, dirijabllar qlobal internetin kommunikasiya sahəsində etdiyi inqilabı daşımaçılıq bazarında təkrarlaya bilər: "Yük avtomobilləri o vaxt yaxşı olur ki, yollar yaxşı olsun. Qatarlar yalnız dəmir yolu ilə hərəkət edə bilər. Təyyarələrə hava limanları lazımdır. Dirijabl isə yükləri istənilən yerdə A nöqtəsindən B nöqtəsinə yolda dayanmadan çartdıra bilər".
 
Xatırladaq ki, nəhəng dirijablın hazırlanması barədə xəbər apreldə yayılıb. Mənbələr deyiblər ki, iş Kaliforniyada yerləşən NASA-nın Tədqiqat Mərkəzinə aid anqarda aparılır. Layihəyə NASA-nın keçmiş proqram direktoru Alan Ueston rəhbərlik edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR