Qapıçı qola görə taksiyə minərək getdi - VİDEO

Qapıçı qola görə taksiyə minərək getdi - VİDEO
08:32 1 İyun 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın "Fiqeyrense" klubunun qapıçısı Fabio Qosalves "Boa"ya qarşı oyunda buraxdığı iki qola görə kədərlənib və fasilədə taksiyə minərək stadionu tərk edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Globo Esporte" nəşri yazıb.
Qonsalves komandadakı debüt oyununda çıxışda səhvə yol verərək kuryoz qol buraxıb. O, rəqib futbolçunun meydanın mərkəzindən vurduğu topu tuta bilməyib və matçda hesab açılıb. Qapıçı daha bir qolu isə penaltidən buraxıb.
Nəşr yazır ki, futbolçu fasilə zamanı taksiyə minərək şəxsi işlərinin dalınca gedib və bir daha kluba geri qayıtmayıb. Bundan sonra komanda rəhbərliyi 38 yaşlı qolkiperlə müqaviləni pozmaq qərarına gəlib.
Matç 2:0 hesabı ilə "Boa" klubunun xeyrinə başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR