Kəbənin yanındakı yarımdairə şəklində divar nədir?

Kəbənin yanındakı yarımdairə şəklində divar nədir?
08:37 1 İyun 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Məkkədə Kəbənin şimal divarının qarşısında, Şam və İraq rüknlərinin (künclərinin) arasında hündürlüyü təqribən 1,3 metr olan yarımdairəvi divar var. Yarımdairənin içərisi mərmərlə döşənib. Bura Hicri-İsmail deyirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, rəvayətə görə, Həzrət İsmail Peyğəmbər (ə) anası Hacərlə birlikdə burada çadır qurub yaşamışlar. Hacərin məzarı da Hicri-İsmailin içərisində yerləşir. Bəzi rəvayətlərdə deyilir ki, Hicri-İsmaildə bir neçə peyğəmbər dəfn olunub. İsmail Peyğəmbərin (ə) də məzarının burada olduğunu yazırlar.

Həcc mərasimində təvaf vaxtı Kəbə ilə Hicri-İsmailin arasından keçmək olmaz. Əksinə, Hicri-İsmailin çöl tərəfindən keçmək lazımdır. Bu, Hicri-İsmailin də Kəbə qədər müqəddəslik daşıdığını göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR