Bu universitet diplomlarını blokçeyn texnologiyası əsasında verəcək

Bu universitet diplomlarını blokçeyn texnologiyası əsasında verəcək
08:42 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Sinqapurdakı Politexnik Universiteti dünyada ilk dəfə olaraq diplomlarını blokçeyn texnologiyası əsasında verəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Ngee Ann Polytechnic" Universiteti ildə 4 min məzuna diplom verir.
 
Ali məktəbdə hesab edirlər ki, blokçeyn texnologiyası əsasında verilən diplomların əslini yoxlamaq çox da çətin olmayacaq. İşəgötürən iş üçün müraciət edən şəxs və təhsili haqqında bilgi almaq üçün əziyyət çəkməyəcək.
 
Məzunlar aldıqları diplom və sertifikatları dərhal "LinkedIn" profillərinə yükləyə də biləcəklər.
 
Layihəni həyata keçirmək üçün universitet "Attores" startapı ilə razılığa gəlib. Proqram təminatı isə "Parity Technologies" şirkətinə məxsus olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR