Qurani-kərim nə zaman indiki formasında toplanılıb?

Qurani-kərim nə zaman indiki formasında toplanılıb?
08:47 1 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Tarixi mənbələrdə xəbər verilir ki, Qurani-kərim Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında indiki şəkildəki kimi tam və ardıcıl şəkildə yazıya alınmamışdı, ayələr pərakəndə halda köçürülmüşdü. Peyğəmbərin vəfatından sonra ilk dəfə Quranı toplayan Həzrət Əli (ə) olub. Əlinin (ə) Müshəfində (Quranında) ayələr nazil olduqları ardıcıllıqla düzülmüşdü.

Milli.Az islam.az-a istinadən bildirir ki, başqa səhabələr də Quranı tam və ya naqis halda köçürüb özlərində saxlayırdılar. Sonralar bu Quran nüsxələri arasında fərqlər ortaya çıxdı, hərə ayələri fərqli qiraətlə oxudu. Üçüncü xəlifə Osman bu qarışıqlığı aradan qaldırmaq üçün bütün Quranları müsadirə etdirdi, komissiya tərtib edib ayələri indiki ardıcıllıqla düzdürdü. O zamandan bəri Quran indiki şəkildədir. Osmanın tərtib etdiyi Quran da Peyğəmbərə nazil olmuş Quranın eyni idi. Quran təhrif edilməyib və qiyamətə kimi də təhrif edilməyəcək inşaAllah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR