Millimizin üçüncü sınağı

Millimizin üçüncü sınağı
09:05 1 İyun 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qadın voleybolçular arasında DÇ-2018-in Bakıda keçirilən E qrupunun seçmə oyunlarında III turu keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundiala birbaşa vəsiqə qazanmaq uğrunda mübarizə aparan 6 komandadan biri olan yığmamız da üçüncü matçına çıxacaq.

Faiq Qarayevin yetirmələri Danimarka ilə üz-üzə gələcəklər. İlk iki oyununda asanlıqla qələbə qazanan və qrupa Hollandiya ilə şərikli liderlik edən yığmamız hər iki matçında məğlub olmuş rəqibi qarşısında aşkar favoritdir.
 
Komandamız mundiala birbaşa qatılmaq üçün qrup liderliyini təmin etmək istəyirsə, yersiz xal itkilərindən qaçmalıdır.
 
Bakı İdman Oyunları Sarayında keçiriləcək Azərbaycan - Danimarka matçı günün ikinci qarşılaşması olacaq.
 
Üçüncü turun ilk oyununda Norveç Ukrayna, sonuncu görüşdə isə İsrail Hollandiya ilə üz-üzə gələcək.
 
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
III tur

 
15:00. Norveç - Ukrayna
Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Mikloşiç (Sloveniya)
 
17:30. Azərbaycan - Danimarka
Hakimlər: Sabine Vitte (Almaniya), Saşa Stanisiç (İsveçrə)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
 
20:00. İsrail - Hollandiya
Hakimlər: Bruno Muxa (Xorvatiya), Roberto Boris (İtaliya)

N

Ölkə

O

Q

M

S

T

X

1

Hollandiya

2

2

0

6-0

150-72

6

2

Azərbaycan

2

2

0

6-0

150-86

6

3

Ukrayna

2

1

1

3-3

130-128

3

4

İsrail

2

1

1

3-3

128-134

3

5

Danimarka

2

0

2

0-6

93-150

0

6

Norveç

2

0

2

0-6

69-150

0

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR