Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi
09:12 1 İyun 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqa təmsilçisi "Maynts"ın yeni baş məşqçisi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Martin Şmidtdən boşalan vakant posta Sandro Şvarts təyin edilib.

38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb. Bu barədə xəbəri klubun saytı yayıb.
 
Şvarts daha əvvəl klubun U-19 və əvəzedicilərdən ibarət komandalarını çalışdırıb. O, futbolçu kimi 1997-2004-cü illər aralığında "qırmızı-ağlar"ın şərəfini qoruyub.
 
Qeyd edək ki, "Maynts" Bundesliqanın son mövsümünü 15-ci pillədə başa vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/550066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR