Dünən yeznəsi qəzada öldü, bu gün özü komaya düşdü - FOTO

Dünən yeznəsi qəzada öldü, bu gün özü komaya düşdü - FOTO
09:22 1 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda avtomobil qəzası olub, sürücü komaya düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, KİA markalı 10 MH 880 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən 30 yaşlı Sədaqətov Nicat Məmmədaza oğlu avtomaşının idarəetməsini itirərək yolun kənarındakı ağaca çırpılıb. 

Nəticədə sürücü ağır kəllə-beyin travması alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Koma vəziyyətində olan N.Sədaqətov reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, N.Sədaqətov dünən gecə Gərmətük qəsəbəsi ərazisində velosiped sürərkən avtomobillə vurulan, sonradan xəstəxanada dünyasını dəyişən Zamin Xəlilovun qaynıdır. O, mərhumun Rusiyadan mərasimə gələn qardaşını qarşılamaq üçün gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/550082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR