Bakıda beynəlxalq neft-qaz konfransı başlayıb

Bakıda beynəlxalq neft-qaz konfransı başlayıb
09:27 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Bu gün Bakıda ikigünlük "Caspian Oil&Gas-2017” beynəlxalq konfransı işə başlayıb.
"Report" xəbər verir ki, konfransda dünyanın 30 ölkəsini təmsil edən 400 nəfərə yaxın nümayəndə iştirak edir. “Caspian Oil&Gas” sərgisini müşayiət edən eyniadlı konfransda regionun aktual sualları müzakirə olunacaq. 
Plenar sessiyanın mövzusu “Azərbaycanın dünya enerji bazarında rolu, aparıcı layihələrin cari vəziyyəti və strateji inkişaf perspektivləri” olacaq. Həmçinin, "Əsas operatorların onşor (sahil) və ofşor (dəniz) yataqlarının işlənməsi üzrə planları", "Neft-qaz layihələrinin reallaşdırılmasına dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi", "Azərbaycanda neft emalı və neft-kimya sənayelərinin cari vəziyyəti və inkişafı", "Neft və qazın Xəzər regionundan diversifikasiyalı nəqli", "Azərbaycan-Xəzər regionunun nəqliyyat-logistika qovşağı", "Kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün qabaqcıl texnologıyaların tətbiqi", "Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu", "Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi" kimi aktual mövzular üzrə diskussiyalar aparılacaq.
Qeyd edək ki, bu il BP şirkəti Azərbaycanda 25 illik fəaliyyətini qeyd edir. Bu konfransın bir sessiyası da "BP şirkəti - son 25 ildə Azərbaycanın daimi tərəfdaşı” mövzusuna həsr olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bakida-beynelxalq-neft-qaz-konfransi-baslayib12

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR