Naxçıvanda gənclər və idman naziri federasiya prezidenti seçilib

Naxçıvanda gənclər və idman naziri federasiya prezidenti seçilib
09:37 1 İyun 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının konfransı keçirilib. "Report"un məlumatına görə, toplantıda Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.
O, yeni vəzifədə Əhməd Əhmədovu əvəzləyib. A.Cabbarovun federasiyanın üzvləri və məşqçi-müəllimlərlə görüşündə 2017-ci il üçün iş planı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Əsasən, federasiyanın işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında idmanın bu növlərinin təbliği, kütləviləşməsi başlıca vəzifə kimi qarşıya qoyulub. 



Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/naxcivanda-gencler-ve-idman-naziri-federasiya-prezidenti-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR