Təyyarədə qorxulu anlar: "Məndə bomba var!" - VİDEO - FOTO

Təyyarədə qorxulu anlar: "Məndə bomba var!" - VİDEO - FOTO
09:52 1 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

"Malaysia Airlines" aviaşirkətinin Malayziyanın paytaxtı Kuala-Lumpurdan Avstraliyanın Melburn şəhərinə uçan təyyarəsi sərnişinlərdən birinin davranışı ucbatından geri qayıtmalı olub.

Milli.Az News.com.au-ya istinadən bildirir ki, "Məndə bomba var!" qışqıran bu sərnişin pilotların kabinəsinə girmək istəyirdi.

O, içindən iki antena çıxan metal əşyanı əlində tutmuşdu.

Avstraliya Futbol Liqasının (AFL) sabiq ulduzu Endryu Leonselli və digər sərnişinlər bu xuliqanı dərhal yerə yıxaraq zərərsizləşdiriblər.

Şri-Lanka vətəndaşı olan 25 yaşlı həmin şəxs sərxoş idi.

MH128 reysi ilə uçan təyyarə Tullamarin hava limanına enib. Polislər göyərtəyə qalxaraq axtarış aparıblar və bomba aşkarlanmayıb.

Şri-Lanka vətəndaşı həbs olunub.

"Malaysia Airlines" şirkətinin təyyarələri son 3 ildə 2 dəhşətli aviaqəzaya məruz qalıb.

2014-cü ilin martın 8-də MH370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçan təyyarə radarlardan yoxa çıxıb. Təyyarədə 227 sərnişin və 12 heyət üzvü vardı. Təyyarə hələ də tapılmayıb.

2014-cü ilin iyulunda isə Ukraynanın şərqində, separatçıların olduğu Donbas səmasında MH17 reysi ilə uçan təyyarə raketlə vurulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Təyyarədə qorxulu anlar:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/550073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR