Müğənni 6 il ona məşhur aktrisa ilə xəyanət edən əri ilə barışdı

Müğənni 6 il ona məşhur aktrisa ilə xəyanət edən əri ilə barışdı
10:18 1 İyun 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

Aşkın Nur Yengi keçmiş həyat yoldaşı ilə yenidən nişanlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 ildən sonra keçmiş həyat yoldaşı və aktyor Haluk Bilginerlə barışdığı iddia edilən Aşkın Nur Yengi dünən papratsilərin kameralarına tuş gəlib. İfaçının 11 il əvvəl Haluk Bilginerin ona hədiyyə etdiyi 300 min lirəlik (təxminən 150 min manat) nişan üzüyünü yenidən taxdığı diqqətdən qaçmayıb. Lakin ulduz müxbirləri görəndə barmağındakı təkqaş üzüyü gizlətməyə çalışıb.

Əlini gizlətməyə səy göstırən Aşkın Nur Yengiyə müxbirlər "Üzüyü sandıqdan çıxarmısınız?" sualı ilə müraciət edib. Buna qəzəblənən sənətçi "Mən sizə sandıqdan bir şey çıxardacam, amma nəysə" , - deyə cavab verib.

Xatırladaq ki, Aşkın Nur Yneginin Haluk Bilginerlə ayrılmasına aktrisa Zerrin Tekindor səbəb olmuşdu. Haluk Bilginer müğənni ilə boşandıqdan sonra 6 il Zerrin Tekindorla sevgili olub. Bir neçə həftə əvvəl bu cütlüyün münasibtələrinin bitdiyi məlum olub.

Bundan başqa Haluk Bilginer ilk həyat yoldaşı Zuhal Olcaydan Aşkın Nur Yengiyə aşiq olduöu üçün boşanmağa qərar vermişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/200904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR