Natiq Əliyev: "ABŞ prezidentinin məktubu Vaşinqtonun Azərbaycanın enerji siyasətinə dəstəyini göstərir"

Natiq Əliyev: "ABŞ prezidentinin məktubu Vaşinqtonun Azərbaycanın enerji siyasətinə dəstəyini göstərir"
10:32 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan ABŞ prezidenti Donald Trampın Bakıda keçirilən Beynəlxalq Xəzər Neft-Qaz Sərgi-Konfransı üçün göndərdiyi xüsusi məktubu yüksək qiynətləndirir. "Report" xəbər verir ki, bunu sərgi ilə paralel keçirilən eyniadlı konfransda çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, ABŞ prezidentinin məktubu rəsmi Vaşinqtonun Azərbaycanın enerji siyasətinə dəstəyini göstərir: "Azərbaycanın yanacaq-enerji kompleksinin qarşısında duran əsas məsələ əhalinin tələbatını ödəməkdir. Bu günə qədər 81 neft-qaz yatağı aşkar edilib. Onlardan 61-də neft-qaz hasil olunur, digər 20-də isə müəyyən səbəbdən hasilat başlamayıb. Hesab edirik ki, gələn il Azərbaycan tarixində 2 milyardıncı ton neftin hasilatını qeyd edəcəyik".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/natiq-eliyev-abs-prezidentinin-mektubu-vasinqtonun-azerbaycanin-enerji-siyasetine-desteyini-goster

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR