Azərbaycanda yol qırğını: 6 nəfər öldü

Azərbaycanda yol qırğını: 6 nəfər öldü
10:34 1 İyun 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Mayın son günündə Azərbaycanda baş vermiş yol qəzalarında 6 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkə ərazisində ümumilikdə 7 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 6 nəfərdən başqa daha 5 nəfər də xəstəxanaya yerləşdirilib.

 

Ölümlə nəticələnən qəzalardan ən ağırı Qaxda qeydə alınıb. Burada avtomobilin ağaca çırpılması 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət almasına səbəb olub. Digər ağır qəzalar isə Ağstafa, Lənkəran, Binəqədi və Nərimanov rayonlarında baş verib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR