Bu Sim-kartların satışı dayandırıldı

Bu Sim-kartların satışı dayandırıldı
10:36 1 İyun 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

İyunun 1-də Azərbaycanda olan xarici vətəndaşlara Sim-kartların sadələşdirilmiş satış sisteminin müddəti başa çatıb.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Mobil nömrələrin sadələşdirilmiş satış sistemi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlərin və yarış iştirakçıların mobil rabitədən istifadəsi zamanı problem yaranmaması üçün aprelin 15-dən iyunun 1-dək fəaliyyət göstərirdi.

Söhbət xarici vətəndaşlar üçün nəzərdə tutulan müəyyən sayda Prepaid Sim-kartlardan gedir. Bu nömrələrin istismar müddəti 30 gün təşkil edirdi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2761350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR