Məşhur idmançı haqlı çıxdı: o, sərxoş deyilmiş - VİDEO - FOTO

Məşhur idmançı haqlı çıxdı: o, sərxoş deyilmiş - VİDEO - FOTO
10:42 1 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən zəngin idmançısı, əfsanəvi qolfçu Tayqer Vuds polis tərəfindən saxlananda sərxoş olmayıb. Bunu ABŞ-ın Kaliforniya ştatındakı Palm-Biç şəhərinin polis idarəsi bəyan edib.

Milli.Az NBC News-a istinadən bildirir ki, bazar ertəsi axşamı evinin yaxınlığında maşını saxlanan 41 yaşlı Tayqer Vudsun sükan arxasında sərxoş olduğu deyilirdi.

220 min dollarlıq Mercedes-dən düşürülən T.Vudsu polislər idarəyə aparıblar və 7 saat saxlayıblar.

T.Vuds sərxoş olmadığını, içdiyi dərmanların təsirindən yuxulu vəziyyətə düşdüyünü söyləmişdi.

Polis idarəsində keçirilən testlər də bunu təsdiqləyib. Onun qanınla alkoqol qalıqları aşkarlanmayıb.

"Vudsu polis görəndə o, sükan arxasında yatmışdı. Maşının mühərriki işləyirdi, ön təkərlərin şinlərinin havası buraxılmışdı. Avtomobilin ön sağ tərəfində zədə yerləri vardı. Vuds dedi ki, 4 güclü ağrıkəsici içib və bu səbəbdən yuxuludur. Onun alkolqol testindən keçməkdən boyun qaçırması barədə iddialar əsassızdır", - Palm-Biç polisinin yetkilisi Ketlin Ratler deyib.

Polis Vudsun saxlandığı prosesin əks olunduğu 98 dəqiqəlik video yayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur idmançı haqlı çıxdı: o, sərxoş deyilmiş

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/550070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR