Dünyanın ən sülhsevər ölkələrinin siyahısı açıqlanıb

Dünyanın ən sülhsevər ölkələrinin siyahısı açıqlanıb
10:47 1 İyun 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Son il ərzində bir çox ölkələr Qlobal Barış İndeksində (Global Peace Index) öz mövqelərinin yaxşılaşdıra bilib, bu da onun 2014-cü ildən bu yana ilk dəfə bir qədər artmasına səbəb olub.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) Londonda dərc etdiyi tədqiqatında deyilir. Tədqiqatda dünya əhalisinin 99,7% yaşadığı 163 ölkədə vəziyyət təhlil edilir. 
Bu il də reytinqə artıq doqquzuncu dəfə İslandiya başçılıq edir, növbəti yerləri isə Yeni Zelandiya və Portuqaliya tutur.
Azərbaycan sıralamada 132, Rusiya – 151-ci yerdədir.
Suriyada artıq ikinci ildir "sülhsevər ölkələrin” siyahısını bağlayır. Ondan bir pillə yuxarıda Əfqanıstan (162) və İraq (161), sonra isə Cənubi Sudan (160) və Yəmən (159) yerləşir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dunyanin-en-sulhsever-olkelerinin-siyahisi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR