Lisey və gimnaziyalara I sinif üçün qeydiyyat bitib

Lisey və gimnaziyalara I sinif üçün qeydiyyat bitib
10:49 1 İyun 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul üzrə elektron ərizələrin qeydiyyatı mayın 31-də başa çatıb.

 

BŞTİ-dən Lent.az-a verilən məlumata görə, qaydalara görə, martın 15-dən mayın 31-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 359 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 258-i ərazi üzrə olduğu üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunacaqlar. Müsabiqə üçün sorğuların sayı isə 3 101-dir.

 

Ümumilikdə, martın 15-dən ötən müddətdə I sinfə qəbul üzrə 43 533 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 6 ay (15 mart-15 sentyabr) davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.

 

Qeyd edək ki, I sinfə şagird qəbulu üzrə onlayn qeydiyyatdan keçmiş valideyn ilk mərhələdə iyunun 15-dək övladının sənədlərini müvafiq məktəbə təqdim etməlidir. Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR