XXI Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayıb

XXI Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayıb
10:57 1 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 iyun. REPORT.AZ/ Sankt-Peterburqda XXI Peterburq Beynəlxalq İqtisadi Forumu işə başlayıb (SPIEF-2017).
"Report” xəbər verir ki, Forumun əsas tədbirləri 1-3 iyun arası baş tutacaq. Əsas sessiya zamanı dünya iqtisadi trendləri, beynəlxalq gündəliyin əsas əsas məsələləri müzakirə ediləcək. Forum çərçivəsində 100-dən çox tədbir keçiriləcək.
Forumda təxminən 12 min nəfər, o cümlədən 39 xarici ölkələrin nazirləri və 870 şirkət rəhbərləri iştirak edir. Həmçinin tədbirə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti qatılıb.
Forumun mərkəzi tədbiri iyunun 2-də keçiriləcək. Plenar iclasda Rusiya prezidenti Vladimir Putin, Hindistan baş naziri Narendra Modi və Avstriya Respublikasının Federal kansleri Kristian Kernin iştirakı gözlənilir.  

Xəbərin orijinal ünvanı: https://report.az/region/xxi-peterburq-beynelxalq-i-qtisadi-forumu-ise-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR